
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun əkib yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq götürülüb.
Bundan başqa həmin ünvanda A.Məmmədovun əmisi oğlu N.Məmmədovun yaşadığı evin həyətyanı sahəsindən A.Məmmədov tərəfindən əkilib becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.
