Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
RegionTV.info-nun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1958-ci il təvəllüdlü Ülkər Yusif qızı Əliyevanı "Nissan" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edək ki, bu sutka ərzində Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən 3-cü hadisədir.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş