Rüşvət almaqda şübhəli bilinərək iyul ayının 23-də həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev azadlığa çıxıb.
RegionTV.info-nun məlumatına görə, o, ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, V.Babayev Xüsusi Dövlət Mühafizəsi Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur.
Xəbəri paylaş