Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb Tarix: 2-08-2021, 10:22 Xəbərə baxış: 67 Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.RegionTV.info-nun məlumatına görə, hadisə Xudat-Nabran yolunda qeydə alınıb.Xudat qəsəbə sakini 1978-ci il təvəllüdlü Mais Sabir oğlu Qasımovu avtomobil vurub. Piyada hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır.