RegionTV.info
Türkiyənin 8 bölgəsində yanğın davam edir.
Bu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 125 yanğından 117-si söndürülüb və ya lokallaşdırılıb.
Nazir bildirib ki, yanğın yaşayış yerlərinə yaxınlaşdığı üçün təhlükəsizlik məqsədi ilə Muğlada 6 məhəllə boşaldılıb.
Ümumilikdə, Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində 8 nəfər ölüb.
Xəbəri paylaş