
RegionTV.info xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS13 telekanalı məlumat yayıb.
Məlumata görə, qəza zamanı dörd nəfər həlak olub.
Regionun polisi helikopterin avqustun 1-də günortadan sonra qəzaya uğradığını bildirib.
Hadisə ilə bağlı araşdırma təyin edilib. Qəzanın təhqiqatı Mülki Aviasiya Federal İdarəsi və Nəqliyyatda Təhlükəsizlik Milli Şurasının (NTSB) əməkdaşları tərəfindən aparılır.