Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyanın baş naziri Abiy Əhmədlə telefon danışığı aparıb.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.
Qeyd edilir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin vəziyyəti və regional mövzular müzakirə edilib.
Söhbət əsnasında Türkiyə lideri rəsmi Ankaranın Efiopiyada sülhə və sabitliyə böyük önəm verdiyini vurğulayıb.
Dövlət başçısı əmin edib ki, Türkiyə Efiopiyaya hərtərəfli dəstəyini davam etdirəcək.
Xəbəri paylaş