RegionTV.info
Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilər arasında güclü panika hökm sürür. Buna səbəb sosial şəbəkələrdə yayılan şaiyələrdir. Həmin şaiyələrə əsasən Azərbaycan ordusunun bölmələri Xankəndinə daxil olubar.
Bu şaiyələrin təsiri altında bir çoxları Xankəndini tərk edib Yerevana gediblər. Onlar deyirlər ki, dolaşan şaiyələrə əsasən Xankəndindəki separatçı administrasiyanın bir qismi Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa hazır olduğunu bildirir.
Lakin separatçı administrasiyanın nümayəndəsi Unan Tadevosyan erməniləri sakitləşdirməyə çalışıb və bildirib ki, Xankəndində polis sutka boyu növbətçilik həyata keçirir. Buna baxmayaraq Azərbaycan ordusunun bölmələrinin Xankəndinə daxil olduğu haqda şaiyələr hələ də yayılmaqdadır.
Habelə Xankəndi sakinlərindən biri şəhərin üzərində hansısa təyyarənin uçduğunu iddia edib və qaranlıqda çəkilmiş görüntüləri paylaşıb. Həmin görüntülərdə hansısa təyyarənin səsi eşidilir, bir çoxları bunun pilotsuz təyyarə ola biləcəyini təxmin edib.
Xəbəri paylaş