“Türkiyə ilə münaqişənin öhdəsindən gəlmək üçün Ermənistan Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır”.RegionTV.info xəbər verir ki, bu barədə LDPR partiyasının lideri Vladimir Jirinovski danışıb.O bildirib ki, “Ermənistan Rusiyanın bir əyaləti olmalıdır. İstəmirlərsə, qalsınlar, amma biz oraya nə bir əsgər, nə də bir mərmi göndərməyəcəyik, heç bir yardım göstərməyəcəyik”, – deyə o izah edib.
Qeyd edək ki, bu barədə məlumatı erməni teleqram kanalları yayıb.


