Bakının Suraxanı rayonunda baş vermiş yanğına səbəb, yararsız olduğu deyilən sayğaclar imiş
RegionTV.info xəbər verir ki, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi yanğın barədə məlumat yayıb.
Bildirilib ki, yanğın Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb. Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələ FHN-in mütəxəssisləri tərəfindən araşdırılacaq
Xəbəri paylaş