
Qalmaqallı deputatın hazırda harada olması heç kimə məlum deyil.
RegionTV.info xəbər verir ki, ölkə gündəmini silkələyən olay barədə danışan Milli Məclis üzvü Azər Badamov da E.Səlimovu tapa bilmir.
“Telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişəm. Harada olduğu haqqında heç bir məlumat yoxdur".
Əlaqə saxladığımız digər parlamentarilər də Eldəniz Səlimovun yerini bilmədiklərini söyləyiblər.
Qeyd edək ki, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.
Baş Prokurorluq onun deputat toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Bundan əlavə, məsələ ilə bağlı Milli Məclisin növbədənkənar iclası çağırılıb.