Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sürücüsü azyaşlı qızı döyən Xanhüseyn Kazımlı ilə bağlı AÇIQLAMA

Sosial Rifah Partiyası qurumun keçmiş sədri, sabiq deputat Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilməsi xəbərinə münasibət bildirib.

RegionTV.info  xəbər verir ki, ASRP-nin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Ülkər Fərmanqızı bununla bağlı açıqlamasında deyib:

"Baş verən hadisə ilə bağlı yaxından və ya uzaqdan heç bir əlaqəmiz yoxdur. Xanhüseyn Kazımlı elə bir ziyalıdır ki, elə bir sürücüsü olsa, özü öz əlləri ilə onu hüquq-mühafizə orqanlarına təslim edər. Amma hörmətli professorun, nə onun ailəsinin, nə partimızın xəbərdə qeyd edilən avtomobili var. Baş verən insidentin nə professor Xanhüseyn Kazımlı ilə, nə də partiya ilə bir əlaqəsi var. "Mən Xanhüseyn Kazımlının sürücüsüyəm" deyən şəxslə əlaqəmiz yoxdur. Daxili İşlər Nazirliyi professorun sürücüsü olduğunu iddia edən şəxsin həqiqətən də Xanhüseyn Kazımlının sürücüsü olub-olmaması ilə bağlı məsələni təsdiq etməyib. Hazırda partiya tərəfindən bu məsələ xüsusi nəzarətə götürülüb. Hörmətli professorun və partiyanın isminə qarayaxmağa çalışan şəxsin hüquq qarşısında cavab verməli olduğu qənaətindəyik. Bunun üçün partiyamız əlindən gələni əsirgəməyəcək".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də