Gürcüstanda ötən sutkada daha 3 196 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 1 147 nəfər müalicə olunaraq sağalıb.RegionTV.info xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində 27 yeni ölüm halı qeydə alınıb.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 419 534 nəfər yoluxub. Onların 382 393-ü sağalıb, 5 820-si vəfat edib.


