
RegionTV.info xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.
Agentlik bildirib ki, Müdafiə Nazirliyi bu hərbi qulluqçular haqqında heç bir informasiyaya malik deyil, amma axtarışlar davam edir.
Hadisə iyulun 14-də sübh çağı baş verib. Hərbi qulluqçular - Artur Nalbandyan və sürücü Aramais Torozyan dumanlı hava şəraiti səbəbindən yolu azıblar və itkin düşüblər.
Qeyd edilir ki, Rusiya tərəfi də həmçinin hərbi qulluqçuların axtarışlarında iştirak edir.