Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-da metro qatarları toqquşub, xəsarət alanlar var

ABŞ-da metro qatarları toqquşub.

RegionTV.info  xəbər verir ki, bu barədə WWLP məlumat yayıb.

Məlumata görə, hadisə Massaçusets ştatının paytaxtı və ən iri şəhəri Bostonda qeydə alınıb.

Boston Universitetinin yaxınlığında baş verən qəza zamanı azı 23 nəfər xəsarət alıb. Onlar tibb müəssisəsinə çatdırılıblar. Yaralıların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Sakinlərə ərazidən uzaq olmaq tövsiyə edilib.

Qəzanın başvermə səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də