Türkiyə yanğınsöndürənləri ölkədə davam edən meşə yanğınlarının 85 ocağından 74-ü lokallaşdırmağa nail olub.
RegionTV.info xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli tvitterdəki hesabında bildirib.
"Qəhrəmanlar böyük fədakarlıqla havadan və yerdən yanğınları söndürürlər. Biz sizə dəstəyinizə görə minnətdarıq. 2021-ci il iyulun 28-dən 30-dək olan dövrdə 85 meşə yanğınından 74-ü nəzarət altına alınıb", - nazir yazıb.
Nazirin paylaşdığı cədvələ əsasən, hazırda yanğınlar Adana, Antalya, Mersin, Muğla və Osmaniyə əyalətlərində davam edir.
Xəbəri paylaş