Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kürdəmir sakini həmkəndlisini qətlə yetirib

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.

RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Dayıkazımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Vurğun Aydın oğlu Mehdiyev aralarında yaranan münaqişə zəmnində həmkəndlisi Bəhmən Bəhlul oğlu Hümmətovu ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

B.Hümmətovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir Rayon Şöbəsinə aparılıb.

Hazırda Kürdəmir Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də