
RegionTV.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 343 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 752 nəfər müalicə olunaraq sağalıb, 5 022 nəfər vəfat edib. 5 442 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 881, bu günə qədər isə ümumilikdə 4 023 954 test icra olunub.