Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən reydlər nəticəsində rayonun Sarıcalar kəndi ərazisində yerləşən "Arzu" şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə adı çəkilən sarayda keçirilən toy mərasimində icazə verilən həddən artıq sayda qonağın iştirak etməsi müəyyən edilib.
Polis əməkdaşlarının tərəfindən analoji qayda pozuntusu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində də aşkarlanıb.
Belə ki, ev sahibi M.Kərimovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 70 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
Aşkarlanan hər iki qayda pozuntusu ilə bağlı inzibati qaydada tədbirlər görülüb.
Xəbəri paylaş