
RegionTV.info xəbər verir ki, Xidmətin Regional İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.
O qeyd edib ki, faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub: “Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.