RegionTV.info xəbər verir ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev yeni vəzifəsində ilk dəfə bu tədbirdə iştirak edib.
Xatırladaq ki, iyulun 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.