İngiltərənin Kent qraflığındakı “Quarry Wood” sənaye bölgəsində kimyəvi maddənin sızması nəticəsində 15 nəfər xəsarət alıb.
RegionTV.info xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.
Kimyəvi maddənin sızması səbəbi barədə məlumat yayılmayıb.
Təcili xidmət heyəti hadisə yerinə giriş-çıxışı bağlayıb.
Xəbəri paylaş