Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağın bütün yaşayış məntəqələrinin ümumi planı hazırlanacaq

Bu ilin noyabr ayının sonuna qədər Azərbaycanın işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinin ümumi planının hazırlanması nəzərdə tutulur.

RegionTV.info  xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, hazırda bütün aidiyyəti orqanlarla bu istiqamətdə müzakirələr aparılır.

“Müzakirələr bütün kommunikasiyalar üzrə gedir. Ümumi planla bağlı noyabrın sonuna qədər dəqiq məlumat verə bilərik”, - deyə o, qeyd edib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də