Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Füzuli aeroportu sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək

“Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.

RegionTV.info  xəbər verir ki, bunu Füzulidə jurnalistlərə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.

“Hava limanı payızda istifadəyə veriləcək. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Lakin labaratoriya yoxlanışı sınaq uçuşundan əvvəl - avqustun 25-də həyata keçiriləcək. Aeroport sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək. Çünki terminal ərazisində işlər tamamlanmalıdır. Lakin uçuş-enmə zolaqları yaxın zamanlarda tam hazır olacaq və sınaq uçuşları yerinə yetiriləcək”, - deyə o, qeyd edib.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də