Xaçmazda dəmir yolu vağzalı ərazisində qadın meyiti tapılıb.
RegionTV.info-nun məlumatına görə, 1987-ci il təvəllüdlü Könül Nadir qızı Bayramova olduğu məlum olub.
Onun döş qəfəsinə və sağ qoluna bir neçə xəsarət yetirildiyi bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin artıq Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.
Xəbəri paylaş