Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı metrosunda hərəkət bərpa olundu - YENİLƏNİB

"Metropolitenin bütün xətlərində qatarların hərəkəti hərəkət cədvəlinə uyğun olaraq tam təmin olunub".

RegionTV.info  
xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

O əlavə edib ki, qatarlar yubanma, interval problemi olmadan hərəkət edir.

***09:51

RegionTV.info

Səhər saatlarından Bakı metrosunun fəaliyyətində problem yaranıb.

Məlumata görə, metroda hərəkət edən qatarların sürəti xeyli azalıb, eskalatorlar isə işləməyib. Bu səbəbdən vətəndaşlar piyada qalxmalı olublar.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, "Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də