Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zaqatalada restoran icarədarları cərimələnib

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb.

RegionTV.info  xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı ) barəsində protokollar tərtib olunaraq cərimələniblər.




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də