
RegionTV.info xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Onların sözlərinə görə, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-də idarə etdiyi ağ rəngli “VAZ-2115” markalı, 90-EX-067 dövlət seriya nişanlı avtomobillə evdən gedib və bu günə kimi geri qayıtmayıb.
İ.Cavadovun yaxınları həmin gündən onunla telefon vasitəsilə əlaqə saxlaya bilmirlər. Onlar hadisə ilə bağlı polisə müraciət ediblər.

