RegionTV.info
Avtomobilin arxa şüşəsində yazı olan sürücülərin hərəkəti dayandırılacaq.
Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Priyev deyib. Onun sözlərinə görə, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud foto vurma halları müşahidə olunur. Bu da bəzən etik normalara zidd olmaqla bərabər, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdəndir.
Sürücülərin çoxu avtomobilin arxa şüşəsinə bu cür yazıların vurulması hallarına əsasən gənc həmkarları tərəfindən üstünlük verildiyini deyirlər.Bəziləri hətta elə ifadələr yazırlar ki, bu da arxadan gələn sürücülərə xoş gəlmir.
Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcək.
Xəbəri paylaş