Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tovuzda avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

RegionTV.info-nun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də