Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna kütləvi meşə yanğınları və insan tələfatı ilə əlaqədar başsağlığı ünvanlayıb.

RegionTV.info  xəbər verir ki, XİN başçısı bu barədə özünün feysbukdakı hesabında yazıb.

Nazir Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib. 

"Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq", - deyə C.Bayramov vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də