
Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 2020-ci ilin 10 noyabrında imzalanmış Qarabağ bəyanatından sonra Ermənistan ordusunun 42 hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub.
Məlumata görə, 42 ölüm faktı intihar, xəstəlik, avotomobil qəzaları, qətl və silahla rəftarla bağlı təhlükəsizlik qaydalarının pozulması ilə bağlıdır.
Bu dövr ərzində Ermənistan ordusunun 3 hərbi qulluqçusu itkin düşüb. Onlardan biri – çağırışçı Norik Mkrtıçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni tərk edib və bu günə kimi tapılmayıb. İyulun 14-də Sünik əyalətində hərbi qulluqçular - A.Nakbandyan və A.Torozyanla əlaqə kəsilib. Hərbi qulluqçulardan bu günə kimi xəbər yoxdur.