Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Qarabağ"ın müdafiəçisinin zədəsi ciddidir

"Qarabağ"ın futbolçusu Rahil Məmmədovun "Aşdod" ilə İsraildəki UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə aldığı zədə ciddidir.

RegionTV.info-nun məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 49 yaşlı mütəxəssis müdafiəçinin əzələsini dartdığını bildirib:

"Rahil bu həftə ərzində komanda ilə birgə məşq etmişdi. Hətta "Zirə" ilə yoxlama matçımızda da 45 dəqiqə forma geyinmişdi. Hər şey normal, qaydasında idi. Ola bilsin, oyunun gərginliyi və bəzən həyəcan belə yükləmələrə gətirib çıxarır. Müəyyən qədər psixoloji cəhətdən də ehtiyalanırdı ki, bu da təsir edə bilər".

Qeyd edək ki, səfərdə "Aşdod"a 1:0 hesabı ilə qalib gələn "Qarabağ" III təsnifat mərhələsinə adlayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də