Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ağstafada "Niva" aşıb, sürücü xəsarət alıb

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

RegionTV.info-nun məlumatına görə, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1981-ci il təvəllüdlü Şahmar Ağayev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əvvəlcə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım aldıqdan sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də