Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Jurnalistlər, dövlət rəsmiləri Füzuli, Hadrut və Şuşada görülən işlərlə tanış olacaqlar

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupların və bir qrup jurnalistin Füzuliyə, Hadruta, Şuşaya səfəri başlayıb.

RegionTV.info  xəbər verir ki, səfər zamanı Füzuli Hava Limanının tikintisi ərazisinə baxış keçiriləcək.

Səfər çərçivəsində eyni zamanda Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı təqdimat ediləcək. Bununla yanaşı, Füzuli - Hadrut avtomobil yolunda minatəmizləmə işləri ilə tanışlıq aparılacaq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək. Səfər zamanı Şuşa şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı qısa məlumat veriləcək. Şuşa şəhərində Suşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçiriləcək.

Hadrutda işçi qruplarının toplantısı keçiriləcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də