
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"İyulun 29-da bir neçə nəfər zorla Yerevanın Amiryan küçəsində kreditlərin verilməsi və valyuta mübadiləsi məntəqəsinə girib və qumbara ilə hədələyərək, əməkdaşlardan pul tələb ediblər. Onlar müqavimətlə qarşılaşaraq, qaçmağa üz qoyublar", - komitənin saytında deyilir.
"Hadisə yerində cinayətkarlardan birinin maskası və döyüş qumbarası aşkarlanıb. Zərərçəkmiş və şahidlər də daxil olmaqla, bir neçə nəfərin ifadəsi alınıb. Ekspertiza təyin edilib", - komitədə bildiriblər.
Qeyd edilir ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb. Cinayətkarları 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.