Bakının “Səbail” futbol klubunda növbəti ayrılıq baş verib.
Braziliyalı müdafiəçi Eriko da Silva komandanı tərk edib.
Otuz bir yaşlı futbolçunun başa çatan müqaviləsi uzadılmayıb. Müdafiəçi ötən mövsüm paytaxt klubunda keçirdiyi 12 oyunda bir qol vurub.
Buna qədər klub Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen, Ruslan Hacıyev və Eltun Yaqublu ilə də vidalaşmışdı.