Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncədə vaksin olunanlarla bağlı məlumat yayıldı

Gəncə şəhərində yanvar ayından bu günə qədər koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 114 min nəfərdən çox olub.

RegionTV.info  xəbər verir ki, bu barədə Gəncə şəhər Birləşmiş Xəstəxanasının Şöbə müdiri Azaerma Dadaşova bildirib.

Onun sözlərinə görə, birinci doza vaksin vurulanların sayı 67 minə çatıb.

İkinci doza vaksin olunanların sayı isə 48 min nəfərə yaxınlaşıb.

Yaş həddinə gəlincə, yaşı 65-dən yuxarı olan şəxslərin sayı 8 min, 50-65 yaş həddində olan şəxslərdən 18 min nəfər vaksin olunub. Yaşı 40-50 olan şəxslərdən 20 min, 18-40 yaş arasında olan şəxslərdən isə 27 min nəfər təşkil edib.

Gəncə şəhərində ümumilikdə vaksinasiya üçün 8 xüsusi məntəqə fəaliyyət göstərir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də