Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gürcüstanda azərbaycanlı çoban itkin düşüb

Gürcüstanın Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində 32 yaşlı çoban Comərd Əhmədov itkin düşüb.

RegionTV.info  xəbər verir ki, artıq beşinci gündür yaxınları onunla əlaqə saxlaya bilmirlər.

C.Əhmədov iyulun 25-də qoyun sürüsünü otarmaq üçün Tulari kəndindən Pşavi rayonu istiqamətində yola çıxıb və geri dönməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrum etmə maddəsi üzrə istintaq aparılır.

Çobanın axtarışları intensiv rejimdə davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də