Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cavid İsmayıl istefa verdi

“APA Group”dan daha bir tanınmış jurnalist ayrılır.
 
RegionTV.info  xəbər verir ki, APA TV-nin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl işdən ayrılmaq qərarına gəlib və bununla bağlı qurumun rəhbəri Vüsalə Mahirqızına ərizə ilə müraciət edib.
Məsələ ilə bağlı müraciət etdiyimiz Cavid İsmayıl yayılan xəbəri təsdiqləyib.
 
O qeyd edib ki, sabahdan məzuniyyətə gedir, sentyabrın 1-dən isə işdən ayrılmaqla bağlı “APA Group” rəhbərliyinə ərizə ilə müraciət edib.
 
Qeyd edək ki, Cavid İsmayıl bu vəzifəyə 1 iyul 2018-ci ildə təyin edilmişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də