Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əsgəri ilə birlikdə şəhid olan baş leytenant Murad İbadov - VİDEO

RegionTV.info
Baş leytenant Murad İbadov vətən dardadı deyə məzuniyyəti başa vurmadan döyüşə qatılıb və əsgəri ilə birlikdə şəhid olub.

Düşmənə bir çox zərəbələr yetirən qəhrəmanımız 1993-cü ildə Qobustanda anadan olub.

Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2016-cı ildə məktəbi bitirdikdən sonra N saylı hərbi hissədə xidmətə başlayıb.

Şəhidin atası Yusif İbadovun sözlərinə görə, Muradın uşaqlıqdan hərbiyə marağı olub.

Anası Gülcahan İbadova:

“Ailənin tək oğul övladı olduğu üçün başqa peşə seçməsini istəsək də, Murad hərbini və vətənini çox sevirdi”, - deyə bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də