RegionTV.info
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən tibb məntəqəsində vaksinasiya məntəqəsi yaradılaraq əhalinin rahat şəkildə peyvənd olunması üçün lazimi şərait yaradılmışdır.
Əhali arasında vakinasiya prosesinin sürətli aparılmasını, hava şəratinin isti keçməsini və rayon əhalisinin rahatçılığını və həmin ərazidə sıx məskunlaşıdğını nəzərə alaraq Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin tapşırığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən tibb məntəqəsində ikinci vaksinasiya məntəqəsi yaradılmışdır.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin bu gün Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən ikinci vaksinasiya məntəqəsində vaksinasiya prosesi ilə tanış olmuş, müvafiq tövsiyyə və tapşırıqlarını vermişdir.
Xəbəri paylaş