
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Tərtər İstirahət Mərkəzi”ndə təşkil edilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi və qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.
Obyektin inzibatçısı olan Ceyhun Əliyev bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Tərtər RPŞ-də cinayət işi başlanılaraq araşdırma aparılır.