
RegionTV.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Azər Əhmədov saxlanılıb.
Onun şəhər ərazisində yerləşən mənzilinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükümdə 24 qrama yaxın psixotrop maddə olan metamfetamin, 66 ədəd tramadol və 14 ədəd preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.
