Şirvanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Həşimov İlham İslam oğlu sərxoş vəziyyətdə yolu keçmək istəyən zaman avtomobil onu vurub.
Sürücü piyadanı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş