Bu gün Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
RegionTV.info-nun məlumatına görə, yarışın növbəti günündə cüdoçu Zelim Kotsoyev medal qazanmağa çalışacaq.
100 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Aleksandr İddir (Fransa) ilə üz-üzə gələcək .
Boksçu Məhəmməd Abdullayev isə olimpiadada ikinci görüşünü keçirəcək. 91 kq-da çıxış edən idmançı 1/8 finalda özbəkistanlı Baxodir Jalolovla döyüşəcək. Abdullayev 1/16 finalda bruneyli Denis Latıpovu mübarizədən kənarlaşdırmışdı.
Xəbəri paylaş