Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Braziliyada bir gündə 1273 nəfər virusdan ölüb

Braziliyada yeni növ koronavirus infeksiyasına yoluxanların və bu virusdan ölənlərin sayı artmaqda davam edir.

RegionTV.info  xəbər verir ki, ölkədə son sutka ərzində 1 273 nəfər pandemiyanın qurbanı olub. Bununla da virusdan ölənlərin sayı 553 179 nəfəri ötüb.

48 016 nəfərin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. İndiyədək ölkədə ümumilikdə 19 797 086 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18 466 822 nəfər müalicə olunaraq sağalıb, aktiv xəstə sayı 777 085 nəfərdir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də