Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
RegionTV.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxmış, arabir leysan xarakterli yağış yağmış, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enmişdir. Yağan leysan yağışlar nəticəsində Balakən-Şəki bölgəsi çaylarından, Əyriçay, Şinçay, Kürmükçay, Balakənçay, Qanıx çaylarında sululuq artmış, bəzi dağ çaylarından sel keçmiş, ayrı-ayrı yerlərdə güclü şimal-qərb küləyi əsmişdir.
Düşən yağışın miqdarı: Ləzədə 27 mm (Qusar, aylıq normanın 91 %-i), Qrızda 12 mm, Kişçayda (Şəki) 11 mm, Gəncədə 10 mm, Xınalıq, Quba, Tovuz, Qusarda 9 mm, Balakən, Oğuzda 8 mm, Nabranda 7 mm, Zaqatalada 6 mm, Mingəçevirdə 4 mm, Çeyrançöldə 3 mm, Qəbələ, Sarıbaş (Qax), Şabran, Yevlax, Şəki, Şəmkir, Göygöl, Bərdədə 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə (Ordubad), Daşkəsən, Naftalan, Ağstafa, Gədəbəy, Balakən, Qobustan, Altıağac, Xaltan, Salyan, Kürdəmir, Zərdab, Göyçay, Sumqayıt, Bakı, Maştağada 1 mm-dək olmuşdur.
Dolu: Şəmkirçay Qalakənddə diametri 22 mm, saat 18:15-18:20 radələrində Gədəbəy rayonu Miskinli kəndində diametri 5-6 mm, Plankəndində və Gəncə şəhərinin bəzi yerlərində leysan yağışlarla bərabər xirda dənəli dolu yağmışdır.
Külək: Şimal-qərb küləyi arabir Daşkəsən, Neftçalada 25 m/s, Naftalan, Altıağac, Ağstafada 20 m/s, Çeyrançöldə 19 m/s, Salyan, Xaçmaz, Şamaxı, Qobustan, Naxçıvanda 18 m/s, Şabran, Şirvanda 17 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağa, Bakıda 35 m/s, Sumqayıtda 31 m/s, Qum adasında 30 m/s, Neft Daşlarında 28 m/s, Çilov adası, Pirallahıda 25 m/s, Binədə 24 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.0 metrə çatmışdır.
Xəbəri paylaş