Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
RegionTV.info xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Kəhrizli kənd sakini Namiq Nəsirov saxlanılıb.
Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 27 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən rayonun Bilağan kənd sakini İlham Şirinli də saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 19 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkarlanıb.
Faktlarla bağlı Ağcəbədi RPŞ-də araşdırmalar aparılır.
Xəbəri paylaş