RegionTV.info
Operativ Qəraragahın sonuncu brifinqində vasksinasiya ilə bağlı əhaliyə ciddi çağırış edildi. Yeni qaydalara əsasən, sentyabr ayından etibarən əksər məkanlara giriş zamanı vaksin pasportu tələb ediləcək.
Maraqlıdır, bu mexanizm necə tətbiq ediləcək. Yüzlərlə insanın vaksin pasportu hansı qaydada yoxlanılacaq?
Mövzu ilə balı tibbi ekspert, həkim Mərdan Əliyev cavablayıb. O bildirib ki, vaksin pasportunun hansı qaydada yoxlanılacağına dair hələlik dəqiq məlumat yoxdur:
“Vaksin pasportunu yoxlamaq üçün müxtəlif üsullar tətbiq edilə bilər. Ola bilsin ki, bu məqsədlə hansısa elektron mexanizm yaradılsın. Əks halda restorana, yaxud iri ticarət mərkəzinə girən hər kəsdən ənənəvi qaydada mühafizəçilər tərəfindən pasport yoxlanışı aparılacaq. Bu, vaxt aparan və çətin məsələdir. Həmçinin, belə olduğu təqdirdə müəyyən səhvlərə yol verilə bilər.
Peyvənd məcburi deyil, könüllüdür. Amma əgər bu kimi məkanlara getmək istəyirsinizsə, mütləq sizin vaksin pasportunuz olmalıdır. Çünki yoluxmanın qarşısını almaq üçün ya sərt karantin rejimi tətbiq edilməli, ya da ölkə əhalisinin ən az 70 faizi vaksinasiya olmalıdır ki, risk ehtimalı minimuma endirilsin. Belə olan halda heç bir qapanmaya ehtiyac qalmayacaq”.
Xəbəri paylaş